İsrail Qəzzada insanlığa qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməyə davam edir.
Sitat.info xəbər verir ki, bu dəfə Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının tələb etdiyi “məsləhətçi rəy dinləməsi” üçün toplanıb. Dinləmələrdə 52 dövlət və 3 beynəlxalq təşkilat şifahi bəyanatla çıxış edəcək.
Bu gün başlayan dinləmədə Fələstin naziri Maliki çıxış edib:
"Qəzzada törədilən soyqırım illərlə davam edən cəzasızlığın nəticəsidir. İsrailə cəza vermək qanuni bir öhdəlikdir".
Qeyd edək ki, 19-26 fevral tarixləri arasında İsrailin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı açıqlamalar veriləcək.
Türkan,
Sitat.info