İsrailin Qəzzada öldürdüyü insanların sayı 29 mini keçdi

16:39 19 Fevral 2024

Qəzza Səhiyyə Nazirliyi, İsrailin 7 oktyabrdan bəri Qəzzaya təşkil etdiyi hücumlarda 29 mindən çox fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 136 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 107 fələstinlini öldürdüyü, hücumlarda həyatını itirənlərin sayının isə 29 min 92 nəfərə yüksəldiyi bildirilib.

Açıqlamada, İsrail qüvvələrinin son hücumlarında daha 145 fələstinlini yaraladığı, Qəzza zolağında yaralananların ümumi sayının 69 min 28-ə çatdığı bildirilib. Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu vurğulanıb. lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə zabitləri cəsədlərə çata bilməyib.

Səid,

Sitat.info

 

 



Xəbər xətti