Çin Macarıstanla təhlükəsizlik əlaqələrini gücləndirmək istəyir

16:47 19 Fevral 2024

Macarıstanın baş naziri Viktor Orban Çinin ictimai təhlükəsizlik naziri Vang Xiaohong ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Çinin rəsmi Sinxua xəbər agentliyi məlumat verib. 

Vanq açıqlamasında terrorizm və transmilli cinayətlərlə mübarizə, “kəmər və yol” təşəbbüsü çərçivəsində təhlükəsizlik və hüquq-mühafizə potensialının artırılması da daxil olmaqla əməkdaşlığı dərinləşdirməyi ümid etdiyini bildirib.

Qeyd edək ki, Budapeşt və Pekin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivi Macarıstanın Aİ və NATO müttəfiqləri ilə münasibətlərinin yaxşı olmadığı vaxta təsadüf edir. Bu da təklifin gerçəkləşməyi üçün maneə hesab olunur.

Türkan,

Sitat.info

 

 

 



Xəbər xətti