Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən 23 min nəfərin itkin düşdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, BQXK müharibə nəticəsində itkin düşənlərlə bağlı yazılı açıqlama verib.
Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib.
Açıqlamada itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı deyilib.
Seymur Bənnayev
Sitat.info