Aİ Qırmızı dənizdə hərbi missiyasına başlayıb

17:19 19 Fevral 2024

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək üçün hərbi missiyaya başladığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısı zamanı “Aspides” adlı hərbi missiyanın Qırmızı dənizdə işə salındığını açıqlayıb.

Borrell bildirib ki, missiya naviqasiya azadlığının bərpasına və kommersiya gəmiçiliyinin qorunmasına töhfə verəcək.

Kənan

Sitat.info



Xəbər xətti