Ukrayna kimyəvi silahdan istifadə edir

17:57 19 Fevral 2024

Ukrayna terror aktları törətmək üçün zəhərli maddələrdən istifadə edir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.

O deyib: "Ukrayna silahlı qüvvələri zəhərli maddələrdən təkcə hərbi əməliyyatlar zamanı deyil, həm də terror aktları törətmək üçün istifadə edir. Belə ki, zərərçəkənlər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Laborator müayinələr nəticəsində kimyəvi maddələr olduğu müəyyən edilib".

​​​General yüksək rütbəli məmurların da zəhərləndiyini, faktla bağlı araşdırmalar aparıldığını diqqətə çatdırıb.

Türkan

Sitat.info



Xəbər xətti