Kremlin sözçüsü Dmitri Peskov müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Qərb ölkələrinin Rusiya administrasiyasına qarşı “kobud” bəyanatlar səsləndirdiyini və bunun “qəbuledilməz” olduğunu, Navalnının ölümü ilə bağlı istintaq prosesinin davam etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Paytaxt Moskvada aktual problemlərlə bağlı jurnalistlərə açıqlamalar verən Peskov Navalnının həbsxanada ölməsi məsələsinə toxunub.
"Navalnının cənazəsi ailəsinə nə vaxt veriləcək" sualına Peskov belə cavab verib: "Bizi bu məsələ maraqlandırmır. Bu, prezident administrasiyasının funksiyası deyil".
Seymur Bənnayev
Sitat.info