BMT: İsrailin Rəfaha hücumunun nəticələri fəlakətli olacaq

19:43 19 Fevral 2024

"İsrailin Rəfah şəhərinə hücumunun nəticələri mülki insanlar üçün fəlakətli olacaq. İndiki vəziyyətdə yardımın paylanması çətindir".

Sitat.info xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Yüksək Koordinatoru Siqrid Kaaq, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında deyib.

İsrailin Rəfah şəhərinə hücumlarını genişləndirməsinin günahsız mülki insanlar üçün dəhşətli nəticələrə səbəb olacağını qeyd edən Kaaq, İsrailin hücum etmək niyyətində olduğunu ifadə edib.

Qeyd edək ki, iclasda Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının bəzi ölkələr tərəfindən maliyyələşdirilməsinin kəsilməsi məsələsinə də toxunulub.

Türkan,

Sitat.info​​​



Xəbər xətti