İsrail Livana hava zərbələri endirib

20:03 19 Fevral 2024

İsrail Livanın Sidon şəhərinin cənubunda yerləşən Qaziyyə qəsəbəsində bəzi əraziləri hədəfə alıb. 

Sitat.info xəbər verir ki, “Al Mayadeen" telekanalının məlumatına görə əsas hədəf anbar olub.

İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, ​Qaziyyə qəsəbəsi İsrail ordusu ilə toqquşmaların baş verdiyi sərhəd bölgəsindən təxminən 55 kilometr aralıda yerləşir.

Türkan,

Sitat.info



Xəbər xətti