Avropa İttifaqı (Aİ) Komissiyası TikTok sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.
Sitat.info xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.
Rəsmi araşdırma TikTok-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.
Seymur Bənnayev
Sitat.info