Meksikanın Tamaulipas ştatında ABŞ sərhədi yaxınlığında baş verən qarşıdurmada 12 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Meksikanın Tamaulipas ştatında ABŞ sərhədinə yaxın Migel Alemanda silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
Qarşıdurmada 12 nəfər həyatını itirib. Münaqişədə təhlükəsizlik qüvvələrinin öldüyü və ya yaralanan olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Tamaulipas ştatında insan alveri və narkotik alveri ilə məşğul olan müxtəlif mütəşəkkil cinayət qrupları var.
Ayna,
Sitat.info