Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.
Sitat.info xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib:
"Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib".