Türkiyədə azərbaycanlı biznesmen Erkin Bəyzadənin pulqabını oğurlayıblar.
Sitat.info xəbər verir ki, həmyerlimiz bərədə gedərkən yaşlı bir kişiyə yer vermək istəyib. Yaşlı kişi isə pulqabını oğurlayıb.
Erkin Bəyzadənin sözlərinə görə, o bununla bağlı polisə müraciət etsə də, polis hadisənin baş verdiyi ərazinin onların xidməti ərazisinə daxil olmadığını, buna görə də heç bir köməklik göstərə bilməyəcəklərini deyib.
Qeyd edək ki, pulqabında Erkin Bəyzadənin şəxsiyyət vəsiqəsi, digər lazımi sənədləri və pulu olub.