İran ABŞ-nin ittihamlarını təkzib edib

12:22 20 Fevral 2024

İran ABŞ-nin Yəmən husilərinə silah tədarükü ilə bağlı ittihamlarını təkzib edib.

Sitat.info xəbər verir ki, İslam respublikasının BMT-nin səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib.

Məktubda yazılır: "İran bu əsassız ittihamları qəti şəkildə rədd edir, bunu ABŞ-nin Yəmənə qarşı hərbi təcavüzünü əsaslandırmaq və qanuniləşdirmək üçün istifadə etdiyi bəhanə kimi qiymətləndirir. İran ardıcıl olaraq Yəmən böhranının diplomatik kanallar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır, silah və ya silah sistemlərinin satışı o cümlədən təhvil verilməsi də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan heç bir fəaliyyətlə məşğul olmayıb." 

Qeyd edək ki, ABŞ administrasiyası, İranın Qırmızı dənizdəki gəmilərə hücumunda müəyyən rol oynadığını iddia edib.

Türkan,

Sitat.info



Xəbər xətti