Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktyorlar artıq sülhə nail olmaq üçün çalışmırlar.
Sitat.info xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Münhen Təhlükəsizlik Konfransı haqqında danışarkən deyib.
“Mən dəfələrlə Münhen Konfransında olmuşam. Bu dəfə çox şey gördüm, lakin qorxuram ki, sülhün bərqərar olması və innovativ həllərin tapması üçün olan cəhdlərin kifayət qədər nəticəsi yoxdur. Mənə elə gəlir ki, artıq “sülh” - dünyada sevilməyən və arzuolunmaz sözə çevrilib”, - o bildirib.