Ekvador Ukraynaya silah verməkdən imtina edib

14:27 20 Fevral 2024

Ekvador Ukraynaya köhnə hərbi texnika verməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld parlament komissiyanın iclasında deyib.

Nazirin sözlərinə görə, Ekvador prezidenti Daniel Noboa beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnika tədarük etməməklə bağlı aydın göstəriş verib.

Qeyd edək ki, bir qədər əvvəl Ekvador hakimiyyəti könhə sovet texnikasını "metal tullantıları" adlandırıb və ABŞ-yə göndərəcəyini bildirib. Məlumata görə, ABŞ isə öz növbəsində bu silahları Ukraynaya göndərmək niyyətində olub.



Xəbər xətti