"Mənəviyyatla bağlı bir çox ciddi problemlər KİV-də özünü göstərir. Bu barədə susmaq cinayətdir".
Sitat.info xəbər verir ki, bu sözləri "Pressklub TV"-nin efirində media eksperti, professor Qulu Məhərrəmli deyib.
Son günlər gündəmdə olan ailə qətliamından sonra məktəbli qızın təhqir olunması cəmiyyətdə narazılığa səbəb olub. Bu mövzuda insanlar iki yerə bölünür. Kimi hadisənin valideynlərin düzgün tərbiyə verməməsindən, kimi isə təhsil sahəsindəki boşluqların olması ilə əlaqələndirir.
Bəs görəsən belə hadisələrin baş verməsinə əsas səbəb nədir? Bu məsələyə vəkil Aslan İsmayılov Pressklub TV-nin efirində münasibət bildirib: