Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı

15:30 20 Fevral 2024

Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Axar.az-a bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb:

"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".



Xəbər xətti