İrəvanın mərkəzində kişi sevgilisini güllələdi

17:45 20 Fevral 2024

İrəvanın mərkəzində kişi sevgilisini ayağından güllələyib.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, dünən saat 21:40 radələrində şəhərin Rustaveli küçəsində iki nəfər mübahisə edib. Nəticədə kişi 30 yaşlı qadına atəş açıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Hazırda polis atəş açan şəxsi axtarır.



Xəbər xətti