Qəzzanın Səhiyyə Nazirliyi, Qəzzanın cənubundakı Xan Yunis şəhərində bir müddətdir İsrail əsgərlərinin mühasirəsində olan Nasser Xəstəxanasında 118 xəstənin hələ də qapalı qaldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada xəstəxanada olan 18 xəstənin səhra xəstəxanalarına köçürüldüyü bildirilib.
Bununla belə, açıqlamada 118 xəstənin hələ də xəstəxanada olduğu bildirilib və əlavə edilib: “İşğal qüvvələrinin hərbi kazarmaya çevirdiyi Nasser xəstəxanasında vəziyyət fəlakət həddini keçib, insanların həyatı üçün birbaşa təhlükə yaradır".
Seymur Bənnayev
Sitat.info