BMT Qəzzaya ərzaq yardımının paylanmasını dayandırır

18:30 20 Fevral 2024

BMT-nin Ümumdünya Ərzaq Proqramı, şərait təhlükəsiz paylanmaya imkan verənə qədər Qəzzanın şimalına həyat qurtaran ərzaq yardımının paylanmasını dayandırmaq qərarına gəlib.

Sitat.info xəbər verir ki, Mərkəzi ofisi Romada olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən edilən yazılı açıqlamada, Ümumdünya Ərzaq Proqramının Qəzza zolağının şimalına çatdırılmaların dayandırılması qərarını asam qəbul etmədiyi və bunun vəziyyəti daha da pisləşdirəcəyi, daha çox inanın aclıq səbəbi ilə ölümlə üz-üzə olacağı ifadə edildi.

"ÜƏP Qəzzada çıxılmaz vəziyyətdə olan insanlara təcili yardım etmək öhdəliyinə sadiqdir. Bununla belə, kritik ərzaq yardımının ondan faydalananlara çatdırılması üçün lazımi təhlükəsizlik təmin edilməlidir", - bəyanatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti