Aİ ayrıseçkiliklə mübarizə üçün yeni tədbirlər görür

18:33 20 Fevral 2024

Avropa İttifaqı (Aİ) ayrı-seçkiliklə mübarizə məqsədilə üzv ölkələrdə yaradılmış “bərabərlik institutları” strukturunu gücləndirəcək.

Sitat.info xəbər verir ki, Aİ Şurasından verilən yazılı açıqlamada, Brüsseldə toplanan üzv ölkələrin Avropa işləri nazirlərinin bərabərlik orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün islahatlara dair razılığa gəldiyi bildirilib.

Bəyanatda bildirilib ki, islahatlar üzv ölkələrdə sözügedən qurumların müstəqil və xarici təsirlərdən azad olması, hökumət və ya digər təşkilatlardan təlimat almaması, kifayət qədər kadr və resurslara malik olması üçün zəruri tədbirləri əhatə edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti