NASA Marsa göndərmək üçün könüllülər axtarır

20:40 20 Fevral 2024

Kosmik agentlik Marsda bir il yaşamaq üçün dörd könüllü axtarır. 

Sitat.info xəbər verir ki, missiyanın 2030-cu ilə kimi həyata keçirilməsi planlaşdırılır.

Ekipaj sistemlərin işlənib hazırlanmasına və qiymətləndirilməsinə kömək edəcəklər. Həmçinin onlar Mars səthinin kompüter tərəfindən yaradılan rekonstruksiyasında simulyasiya edilmiş kosmik gəzintilər, robot əməliyyatları, yaşayış mühitinin yaradılması, məşq və məhsul artımını həyata keçirəcək.

Qeyd edək ki, seçilən könüllülər kosmosda olduğu vaxt ərzində kompensasiya alacaqlar. NASA məbləğin miqdarı haqqında məlumat verməyib.

Türkan,

Sitat.info



Xəbər xətti