İnsanlar düşüncəsi ilə əşyaları hərəkət etdirə biləcək

21:41 20 Fevral 2024

Beyin çipi implantasiya edilən insan əşyaları hərəkət etdirmək üçün düşüncələrdən istifadə edə bilər.

Sitat.info xəbər verir ki, bu sözləri Startapın qurucusu İlon Mask deyib.

"Neyrolink beyin çipi implantasiya edilən insanın tam sağalıb və düşüncələri ilə kompüter siçanını idarə edə bilir. İrəliləyiş yaxşıdır, çip xəstədə heç bir əks təsir göstərməyib. O sadəcə düşünməklə kompüter siçanını ekran ətrafında hərəkət etdirir”, - Mask bildirib.

Qeyd edək ki, şirkət ilk implantasiya əməliyyatını keçən ay həyata keçirib.

Türkan,

Sitat.info



Xəbər xətti