Avstraliya hərbi gəmilərini artırır

12:42 21 Fevral 2024

Avstraliya hökuməti hərbi donanmasını əhəmiyyətli dərəcədə gücləndiriləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyi on il ərzində iri hərbi gəmilərin sayının 11-dən 26-ya çatdırmağı planlaşdırır. Bunun üçün əlavə olaraq, 6,5 milyard avro ayrılması nəzərdə tutulur.

Beləliklə, ölkənin müdafiə xərcləri ümumi daxili məhsulun 2,4 faizinə qədər artırılacaq. Nazirlikdən verilən məlumata görə, yeni gəmilər hazır olduqdan sonra Avstraliya İkinci Dünya müharibəsindən bəri ən böyük donanmaya sahib olacaq.



Xəbər xətti