Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib.
"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Moskvadan qayıdarkən aeroportda saxlanıldığını bildirib. Buna səbəb kimi Ermənistanın onu beynəlxalq axtarışa verməsi göstərilib. O deyib ki, bu gün məhkəməyə çıxarılacaq.