728-ci gün: Rusiyanın itkiləri açıqlandı

11:41 21 Fevral 2024

Ukrayna müharibənin 728-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 406 080 hərbçi, 6 516 ədəd tank, 12 338 ədəd zirehli döyüş maşını, 9 826 ədəd artilleriya sistemi, 992 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 678 hava hücumundan müdafiə sistemi, 338 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 861 ədəd avtomobil texnikası, 7 560 ədəd PUA, 1 903 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 558 xüsusi avadanlıq itirib.



Xəbər xətti