İranda blogerlərə təzyiq: Türkcə danışmayın!

11:57 21 Fevral 2024

İran təhlükəsizlik qurumları azərbaycanlı blogerləri təhdid edərək doğma dillərində danışmağı, Azərbaycan musiqisindən istifadə etməyi qadağan ediblər.

Sitat.info bildirir ki, bu barədə “Araz Nyus” məlumat yayıb.

Məlumata görə, blogerlərin bəzilərindən insanları seçkilərə dəvət etmək istənilib.

“Əgər məndən seçkiləri və ya rejimi dəstəkləyən yazı görsəniz, bilin ki, mən bu sözləri təzyiq altında yazmışam”, - blogerlərdən biri təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə bağlı məlumat verərkən deyib.

 



Xəbər xətti