Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, uçuş uğurla başa çatıb.
Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq bu təyyarənin istehsalına başlayıb.
Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.