İsrailin Dəməşqə hücumu nəticəsində yaşayış binasına ziyan dəyib.
Sitat.info xəbər verir ki, bu barədə Suriyanın "Əl-Əxbariyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın cənub-qərbindəki “Kəfər Şuş” məhəlləsinin vurulması nəticəsində ölən və yaralıların olduğu bildirilib.
Hələlik hadisənin təfərrüatı barədə məlumat verilməyib.