Yəhudilərin qeyd etdikləri Pasxa bayramı üçün Çindən göndərilən hədiyyədə casusluq cihazının tapılması ölkədəki kəşfiyyat orqanlarını hərəkətə keçirib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, İsrailin Daxili Kəşfiyyat Xidməti Çinin ölkədəki səfirliyinin Elm və Texnologiya Nazirliyinə hədiyyə etdiyi termosun üzərində dinləmə cihazı olduğu düşünülən əşyanın tapılmasından sonra araşdırma başladıb.
Ölkənin digər nazirliklərinə də Çindən və ya digər ölkələrdən göndərilən hədiyyələr barədə ətraflı məlumat vermək tapşırılıb.