ABŞ İsrailin Qəzzada “soyqırım” törətdiyinə inanmır

14:23 21 Fevral 2024

ABŞ Dövlət Departamenti İsrailin Qəzzada dinc əhaliyə qarşı zorakı hücumlarını Adolf Hitlerin yəhudilərə qarşı soyqırımı (Holokost) ilə müqayisə edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə razılaşmadığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərə açıqlamasında Lula da Silvanın "Holokost" iddiaları ilə razılaşmadıqlarını bildirib.

Miller deyib: "Aydındır ki, biz bu şərhlərlə razılaşmırıq. Qəzzada soyqırımın baş verdiyinə inanmadığımızı açıq şəkildə bildirdik".

Miller deyib ki, regionda münaqişə tezliklə bitməsini, Qəzzada mülki şəxslərə humanitar yardımın "davamlı şəkildə artırılmasını" istəyirik.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti