Kənan Novruzov: "Qarşıdakı günlərdə hərbi təxribat törədilə bilər"

15:26 21 Fevral 2024

"Paşinyanın Makronla görüşü xeyirə əlamət deyil. Qarşıdakı günlərdə bizə qarşı yenidən hərbi təxribat törədilə bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, təxribatın həyata keçirilməsi üçün iki variantdan istifadə oluna bilər:

"Birincisi, Ermənistan gedib Fransadan belə bir direktiv alacaq. Bu da Fransadan gözlədiyimiz hərəkətdir. İkincisi, təxribat Rusiyanın əli ilə törədiləcək və Rusiya elə bir imic yaratmağa çalışacaq ki, Paşinyan Fransanın istəyilə həyata keçirib. Çünki Rusiya və Qərb Cənubi Qafqazda bir-birlərinin uğursuzluğunu göstərməyə çalışırlar".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə iki günlük səfərə yola düşüb.

O, Fransa müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyanın təkrar dəfn mərasimində iştirak edəcək.

Türkan,

Sitat.info



Xəbər xətti