Türkiyə yerli seçkilərində 26 deputat siyasi partiyalar tərəfindən bələdiyyə sədrliyinə namizədlər siyahısına salınıb. İYİ Partiyadan 7, CHP və Səadət Partiyasından 5, AK Partiyadan isə 4 millət vəkili bələdiyyə başqanlığı uğrunda mübarizə aparacaq.
Sitat.info xəbər verir ki, siyasi partiyalar müvəqqəti namizəd siyahılarını vilayət və rayon seçki qərargahlarına təqdim ediblər.
Martın 31-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına ümumi seçkilərdə 26 millət vəkili partiyaları tərəfindən bələdiyyə sədrliyinə namizəd irəli sürülüb.
264 millət vəkili olan AK Partiya martın 31-də 4 millət vəkilini bələdiyyə başçılığına namizəd seçib.
Kənan
Sitat.info