"NATO münaqişədə birbaşa iştirakı haqqında açıq şəkildə danışır" - Zaxarova

16:20 21 Fevral 2024

NATO-nun  Kiyevə silah tədarükünü əlaqələndirmək planları təşkilatın münaqişədə birbaşa iştirakından xəbər verir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna böhranı ilə bağlı şərhində deyilir.

"NATO-nun baş katibi Yens Stoltenberq diqqətəlayiq bəyanatla çıxış edib. O, açıq şəkildə bildirib ki, indi Kiyevə hərbi yardımın ayrılması məsələsi təkcə Ramşteyn formatında deyil, həm də Ukrayna-NATO Şurasının iclaslarında müzakirə olunacaq", - diplomat bildirib.

“Başqa sözlə, çətinliklər şəraitində NATO silahların ABŞ və Aİ vasitəsilə ayrılmasınə təmin edir, əslində Zelenski rejiminə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmüş olur. Məlum olur ki, NATO münaqişədə birbaşa iştirakı haqqında açıq şəkildə danışır”.

Səid,

Sitat.info



Xəbər xətti