Qəzza zolağının şimalında onlarla fələstinli uşaq İsrailin 7 oktyabr 2023-cü ildən bu yana intensiv hücumları və işğalı səbəbiylə qida çatışmazlığına etiraz edib.
Sitat.info xəbər verir ki, Qəzza zolağının şimalında küçələrə toplaşan uşaqlar əllərində "Çörək mənim arzum oldu", "Aclıq kafirdir" və "Yemək istəyirik" yazılı plakatlar tutublar.
Balaca uşaqlar əllərindəki qaşıqlarla boş qazanlara vuraraq Qəzzada həyata keçirilən hücumları pisləyən və yaxşı həyat tələblərini ifadə edən müxtəlif şüarlar səsləndiriblər.
Uşaqlardan biri, 10 yaşlı Ayət Aşur etiraz zamanı deyib: "Acdan ölürük. Yeməyə heç nə yoxdur. Artıq göyərçin yeyirik".
Seymur Bənnayev
Sitat.info