İsrail həbsxanasında bir fələstinli ölüb

17:39 21 Fevral 2024

İsrailin Nafha həbsxanasında saxlanılan fələstinli Xalid əl-Şaviş həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatına görə, onlara 53 yaşlı fələstinli Şavişin həyatını itirdiyi bildirilib.

Açıqlamada Şavişin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhəri yaxınlığındakı Nafha həbsxanasında dünyasını dəyişdiyi ifadə edilərək deyilir: “Xalid Şeviş 2007-ci ildə həbs olunan və 11 dəfə  ömürlük həbs cəzası alan işğal həbsxanalarında xroniki xəstələrdən biri idi".

Kənan

Sitat.info



Xəbər xətti