Almaniya Ukraynanı bu prinsiplə dəstəkləyir

20:27 21 Fevral 2024

"Almaniyanın müharibə edən tərəfə çevrilməməsi şərti ilə Ukraynanı mümkün qədər dəstəkləyəcəyik".

Sitat.info xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Nazirlər Kabinetinin sözçüsü Steffen Hebestreit deyib.

Onun sözlərinə görə Almaniya indiyədək Ukraynaya hərbi dəstək üçün təxminən 28 milyard avro məbləğində vəsait ayırıb.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı təhlükəsizlik öhdəliklərinə dair 10 il müddətinə ikitərəfli saziş imzalanıb.

Türkan,

Sitat.info



Xəbər xətti