Boris Consonla müsahibə 1 milyon dollara başa gəlir

20:53 21 Fevral 2024

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Boris Consonun Ukrayna ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar tələb etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, aparıcı Taker Karlson deyib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinin qatı tərəfdarı olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson mövzu ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar istəyir.

Karlson Rusiya prezidenti Vladimir Putinlə mübahisəli müsahibəsindən sonra ilk dəfə danışıb və avtoritar Rusiya rejimini dəstəklədiyini inkar edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti