ABŞ yenidən husilərə zərbələr endirdi

10:57 22 Fevral 2024

ABŞ husilərin mövqelərinə 4 raket zərbəsi endirərək 8 raket buraxılış sistemi qurğusunu məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ qüvvələri Qırmızı dənizə doğru atılmaq üçün hazırlanmış 7 mobil gəmi əleyhinə raket buraxılış qurğusuna və 1 mobil gəmi əleyhinə balistik raket buraxılış qurğusuna 4 özünümüdafiə zərbəsi endirib. Həmçinin bu müddət ərzində ABŞ qüvvələri husilərin kamikadze dronunu vurmağa nail olub”, -məlumatda bildirilib.



Xəbər xətti