Bayden Los-Ancelesdə "soyqırım dəstəkçisi" şüarı ilə qarşılandı

14:09 22 Fevral 2024

Los-Ancelesə səfər edən Bayden Fələstin tərəfdarı nümayişçilər tərəfindən etirazla qarşılandı. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  konvoyun müşayiəti ilə binaya doğru hərəkət edən Baydeni, İsrailin Qəzzaya hücumlarını dəstəklədiyinə görə tənqid edən bir qrup nümayişçi “soyqırım tərəfdarı” şüarları səsləndirib.

ABŞ-da tələbələrin borclarının azaldılması ilə bağlı çıxış edən Baydenin nitqi nümayişçilər tərəfindən kəsilib.

Çıxışından sonra Baydenin karvanı etirazlar və şüarlarla yola salınıb.

ABŞ atəşkəs çağırışlarına veto qoyub
Qəzzada çoxlu sayda mülki əhalinin, əsasən də qadınların və uşaqların həlak olmasına və İsrailin dəfələrlə törətdiyi hərbi cinayətlərə baxmayaraq, BMT rəsmilərinin də təsdiqlədiyi kimi, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan ABŞ, atəşkəs çağırışlarına veto qoymaqla BMT Təhlükəsizlik Şurasının fəaliyyətini pozur.

ABŞ daha əvvəl 16, 18, 25 oktyabr 2023-cü il və 8 dekabr 2023-cü il tarixlərində BMT Təhlükəsizlik Şurasının Qəzzə ilə bağlı təqdim etdiyi qətnamə layihələrinə veto qoymuşdu.

Vaşinqton administrasiyası sonuncu dəfə fevralın 20-də, Əlcəzairin "Qəzzada təcili humanitar atəşkəs" tələbi ilə təqdim etdiyi qətnamə layihəsinə veto qoyub. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının 15 üzv ölkəsindən 13-nün “hə” dediyi qanun layihəsinə “bitərəf” qalıb.

Səid,

Sitat.info



Xəbər xətti