İsrail son 10 gündə Qəzzada 1070 fələstinlini qətlə yetirdi

14:17 22 Fevral 2024

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 10 gündə 1070 nəfər artaraq, 29 min 410 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, Qəzzada İsrailin 139 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 97 nəfərin öldüyü, 132 nəfərin yaralandığı bildirilib.

Son 10 gündə  İsrail Qəzzada 1070 fələstinlini qətlə yetirib.

Oktyabrın 7-dən etibarən Qəzza zolağında həlak olan fələstinlilərin sayı 29 min 410, yaralıların sayı isə 69 min 465-ə yüksəlib.

Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb. Bu mənada rəqəmlərin daha böyük olması istisna deyil. 

Ayna,

Sitat.info



Xəbər xətti