Zelenski tezliklə Ərdoğanla görüşə bilər

14:35 22 Fevral 2024

Ukrayna prezidenti Vladimir Zelenski tezliklə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Albaniya prezidenti Edi Rama Ankaraya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Zelenski ilə Ərdoğan arasında görüş fevralın sonunda, Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılan Cənub-Şərqi Avropa ölkələrinin sammiti zamanı baş tuta bilər.

"Mən prezident Ərdoğana prezident Zelenski ilə görüşəcəyimizi bildirdim. Türkiyə də dəvətlidir və onun çox dolu gündəliyi olsa da, bu dəvəti qəbul etdi", - Rama qeyd edib.

Məğrur,

Sitat.info



Xəbər xətti