Bayden nüvə münaqişəsi təhlükəsindən danışarkən Putini söydü

14:38 22 Fevral 2024

ABŞ prezidenti Co Bayden San-Fransiskoda iştirak etdiyi xeyriyyə tədbirindəki çıxışında mətndən kənara çıxıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putini bərk söyüb.
Beynəlxalq agentliklərdə yer alan xəbərlərə görə, ABŞ prezidenti Co Bayden Kaliforniyanın San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Putinə qarşı sərt sözlər deyib.
Co Bayden vurğulayıb ki, nüvə münaqişəsi təhlükəsi ilə bağlı narahatlıqlar həmişə Putin və bəzi digər liderlərə görə masadadır, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir.

Bu açıqlama zamanı o, Putinə qarşı təhqiramiz ifadələr işlədib. 

Bayden hökuməti Putini rusiyalı dissident Aleksey Navalninin ölümünə görə məsul bilir. Bayden Navalnidan danışarkən, “Putin onu həbs etdirdi, mühakimə etdi və zəhərlədi” - ifadələrini işlədib. 

Ayna,

Siat.info



Xəbər xətti