Saakaşvili nə vaxt azad olunacaq? - Kaladze açıqladı

19:15 22 Fevral 2024

Eks-prezident Mixail Saakaşvili mütləq azad olunacaq, ancaq törətdiyi cinayətlərə görə cəzasını çəkdikdən sonra...

Sitat.info xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

 

 

"Saakaşvili ölkəsinə və xalqına qarşı ağır cinayət törətmiş biridir. Təsəvvür edin, nə qədər məhbus cəza çəkir. Əminəm ki, bir çoxları daha az cinayət törədiblər. Saakaşvili mütləq azadlığa çıxacaq, ancaq cəzasını çəkdikdən sonra...” – Kaladze bildirib.



Xəbər xətti