İspaniya pilot Kuzminovdan xəbərsiz idi - Müdafiə naziri

21:58 22 Fevral 2024

İspaniya hökuməti 2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran pilot Maksim Kuzminovun ölkədə olmasından xəbərsiz olub.

Sitat.info xəbər verir ki, bu sözləri İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.

"Həmin şəxs İspaniyaya saxta sənədlərlə gəlib. Buna görə də onun burda qalması ilə bağlı heç bir məlumat alınmayıb", - nazir bildirib.

Qeyd edək ki, 2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Kuzminov İspaniyada ölü tapılıb. Hüquq-mühafizə orqanları meyitdə güllə izləri olduğundan qətlin araşdırılması işlərinə başlayıb. 

Türkan

Sitat.info



Xəbər xətti