İsrailin hücum etdiyi Qəzza zolağında hər gün 1 milyon uşağın travma ilə üzləşir və humanitar yardımların qeyri-kafi olması səbəbindən aclığın yaxınlaşması an məsələsidir.
Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib.
"139 gündür davam edən hücumların ən böyük bədəlini uşaqlar eləcə də hamilə və süd verən qadınlar ödəyir", - xəbərdarlıqda deyilib.
Qəzza zolağını işğal edən İsrail ordusu bölgəni üç yerə bölüb. Həmin ərazilərdə İsrail ordusunun nəzarət-buraxılış məntəqələri var. Bu məntəqələrdən İsrailin icazəsi olmadan humanitar yardım da daxil olmaqla keçidə icazə verilmir.
Türkan
Sitat.info