İsrailin Qəzzada dinc əhaliyə qarşı zorakılığı dəhşətvericidir.
Sitat.info xəbər verir ki, bu sözləri BMT-nin iclasında Sərhədsiz Həkimlər Təşkilatının baş katibi Kristofer Lokyer deyib.
"Ağılasığmaz dəhşətin şahidi olduq. Humanitar yardım işçiləri olaraq, mülki insanlara qarşı zorakılıq bizi dəhşətə gətirir. Bu ölüm, dağıntı və məcburi köçkünlük, canlıları açıq şəkildə görməzlikdən gələn hərbi və siyasi seçimlərin nəticəsidir",- o bildirib.
Lokyer həmçinin İsrailin Qəzzada bütün əhaliyə qarşı nizamsız müharibə ilə kollektiv cəza tətbiq etdiyini vurğulayıb.
Seymur
Sitat.info