Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib.
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib:
“Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün ərazilərimizdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.