Putin Baydenin onu söyməsinə reaksiya verdi: "Bu niyə Tramp əvəzinə Baydenə üstünlük verdiyimin sübutudur"

14:33 23 Fevral 2024

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələri, Moskvanın ABŞ prezidenti olaraq niyə Donald Tramp əvəzinə, Baydenə üstünlük verməsinin sübutudur.
Sitat.info xəbər verir ki, Rusiya dövlət kanalı “Rossiya-1”ə açıqlamasında, Putin Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsinə kinayə ilə cavab v erib. 

Bir müddət əvvəl ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğuna dair açıqlama verdiyini xatırladan Putin gülümsəyərək deyib: “İstənilən prezidentlə işləyəcəyimizi demişdim, amma Baydenin Rusiya üçün daha üstün olduğunu düşündüm. Dediklərinizə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim sözlərimə uyğun reaksiyadır". 

Baydenin ona təşəkkür edəcəyini gözləmədiyini söyləyən Putin, “O, mənə “Afərin, Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. "Biz daxili siyasət baxımından orada nə baş verdiyini anlayırıq və bu, tamamilə uyğun reaksiyadır, ona görə də mən haqlı idim" dedi.

Xatırladaq ki, ABŞ prezidenti Bayden seçki kampaniyası çərçivəsində Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Rusiya prezidenti Putinə qarşı təhqiramiz ifadələr işlədib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələrinin “təkəbbürlü” və “utancverici” olduğunu bildirib.

Ayna,

Sitat.info



Xəbər xətti